
Asiya.az xəbər verir ki, 200 nəfərlik akt zalı Viləş kənd sakini, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli və Aprel Döyüyüşləri şəhidi Nurlan Əsgərlinin anası Ziba Əsgərovanın təşəbbüsü, Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədovun tapşırığına əsasən rayon xeyriyyəçilərinin vəsaiti hesabına təmir edilib.
Akt zalının açılışında Masallı Rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədov , Lənkəran Astara regional təhsil idarəsinin müdiri Elxan Nəcəfov, şəhid ailələri, məktəbin müəllim kollektivi və media nümayəndələri iştirak edib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək Ulu Öndər Heydər Əliyevin elm və təhsilə verdiyi yüksək dəyərdən danışıb. Ümummilli liderin 100 illik yubileyi ərəfəsində məktəbin akt zalının yenidən təmir edilməsinin təqdirə layiq iş olduğunu vurğulayıb.
Sonra Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəisi Elxan Nəcəfov çıxış edərək ölkəmizdə təhsilin və təhsilalanların rifahı üçün atılan addımlardan danışdı.
Şəhid ailələri, məktəbin müəllim kollektivi və kənd sakinləri akt zalının əsaslı təmirinə görə ölkə başçısı İlham Əliyevə, Rayon rəhbərliyinə və bu işdə əməyi keçən hər bir şəxsə öz dərin təşəkkürlərini bildirdilər.





