Biləsuvarda yük və minik avtomobili toqquşdu - 5 nəfər yaralandı

Biləsuvarda yük və minik avtomobili toqquşdu - 5 nəfər yaralandı
  • Hadisə / CƏNUB

  • Biləsuvar rayonunda avtomobillər toqquşub, 5 nəfər xəsarət alıb.

    Asiya.az report-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan TIR-la "VAZ-2107" markalı minik avtomobili toqquşub.

    İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər xəsarət alıb.
    Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər