Cəlilabadda iki yol qəzası baş verib, xəsarət alanlar var

Cəlilabadda iki yol qəzası baş verib, xəsarət alanlar var
  • Cəlilabad / Sosial

  • Cəlilabad rayonunda xəsarətlə nəticələnən iki yol qəzası baş verib. 

    Asiya.az-ın məlumatına görə, ilk hadisə rayonun Gülməmmədli kəndində qeydə alınıb. Belə ki, avtoqəza nəticəsində rayon sakini, 1973-cü il təvəllüdlü Fərhad Hüseynov xəsarət alıb. 

    Digər bir qəza nəticəsində     isə rayon sakini, 2002-ci il təvəllüdlü Məhəmməd Amanov xəsarət alıb. İlkin məlumata görə, hadisə motosikletin aşması nəticəsində baş verib.

    Hər iki yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktlarla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər