"Masallı Təhsil Fondu" məktəbli qızlara test kitabları hədiyyə verdi - FOTOLAR

"Masallı Təhsil Fondu" məktəbli qızlara test kitabları hədiyyə verdi - FOTOLAR
  • Masallı / Sosial

  • "Masallı Təhsil Fondu" Milli Məclisin deputatı Məşhur Şahbaz oğlu Məmmədovun təşəbbüsü və maliyyə dəstəyi ilə yaradılmış, 4 ildir ki, fəaliyyət göstərir. Aztəminatlı ailələrin və şəhid ailələrinin qız övladları Dövlət Universitetlərinin Pedaqoji fakultələrinə daxil olan 200 tələbəyə, onların yaxşı təhsil almalarına köməklik edilir. Hər il olduğu kimi bu tədris ilində də rayonun ümumtəhsil məktəblərinin XI siniflərində təhsil alan qızları ali məktəblərə hazırlıq məqsədi ilə test kitabları hədiyyə verilir.
    08-yanvar 2024-ci il tarixdə rayon ümumtəhsil məktəblərinə Masallı Təhsil Fondunun əməkdaşlarının iştirakı ilə abituriyentlərə riyaziyyat test toplusu, azərbaycan dili və cavab kartları hədiyyə olaraq verilməsinə başlanılmışdır.
    Bu işlərin görülməsində Fondun əməkdaşları xüsusi fəaliyyət göstərir. Məktəblərə təmənnasız verilən qiymətli kitablara görə məktəbin pedaqoji kollektivi, valideyinlər və ali məktəblərə hazırlaşan abituriyentlər Millət Vəkili Məşhur müəllimə və onun təşəbbüsü ilə yaradılan Təhsil Fonduna öz təşəkkürlərini bildirdilər.
    Beləliklə Masallı Təhsil Fondu 2024-ci ildə ali məktəblərə qəbul olunacaq bütün tələbələrə uğurlar arzulayır.

    Masallı Təhsil Fondunun direktoru: Hüseyn Hüseynov
    Masallı Təhsil Fondunun əməkdaşı: Hekayət Nəzərov
    Masallı Təhsil Fondunun əməkdaşı: Rəmzi Şahverdiyev





    PAYLAŞ:

    Oxşar xəbərlər