Yaşadığı evdə avtomat gizlədən Lənkəran sakini saxlanılıb - FOTO

Yaşadığı evdə avtomat gizlədən Lənkəran sakini saxlanılıb - FOTO
  • Lənkəran / Hadisə

  • DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş olunmuş Rəvan Rzayev saxlanılıb. Keçirilən baxış zamanı onun yaşadığı evdə gizlətdiyi "AK-74" markalı markalı avtomat, həmin silaha aid daraq və 6 ədəd patron aşkarlanaraq götürülüb. 

    Ümumilikdə isə, son 10 gün ərzində Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat və profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən 2 ədəd "Kalaşnikov" avtomatı və müvafiq sənədləri olmadan qanunsuz saxlanılan 15 ədəd ov tüfəngi götürülüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər