Lənkəranlı Əməkdar artist vəfat etdi - FOTO

Lənkəranlı Əməkdar artist vəfat etdi - FOTO
  • Lənkəran / Mədəniyyət

  • Əməkdar artist Niftulla Əsgərov vəfat edib.

    Asiya.az xəbər verir ki, bu barədə Asiya.az-a Lənkəran Dram Teatrından məlumat verilib.

    Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Respublikanın Əməkdar artisti, Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası Niftulla Fətulla oğlu Əsgərov uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında ömrünün 65-ci baharında dünyasını dəyişib.

    N.Əsgərov 5 iyul 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub.

    1995-ci ildən Lənkəran Dövlət Dram Teatrının aktyoru kimi fəaliyyət göstərib. Səhnədə və teleseriallarda müxtəlif xarakterli rollar yaradıdıb.

    Səhnə sənətinin inkişafındakı xidmətlərinə görə 2014-cü ildə Mədəniyyət Nazirliyinin "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. 2018-ci ildə isə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

    Allah rəhmət eləsin!
    PAYLAŞ:

    Oxşar xəbərlər