Niyam Salami Bakını tərk edir

Niyam Salami Bakını tərk edir
  • Mədəniyyət

  • Niyam Salami Azərbaycanı tərk edir.

    Asiya.az xəbər verir ki, o bu haqda MTV Azərbaycanın yeni maqazin layihəsi "Balkanla gecə turu" nda danışıb.

    Sənətçi, komandası ilə birlikdə Bakıdan getmək niyyətində olduğunu deyib:

    "Azərbaycanı tərk etmək fikrindəyəm. Dubayı çıxmaqla, hansısa müslman ölkəsinə gedəcəyəm. Tək yox, bütün komandamla, hətta rəqqaslarımı da aparmağı düşünürəm. Sadəcə bir az qohum əqrabam gözümə durub".

    Daha sonra Niyam küsülü olduğu həmkarlarından danışıb:

    "Nə Faiq Ağayevlə, nə də Kərimlə qalmaqalı mən başlamamışam.  Başlamadığım bir şeyi necə sonlandıra bilərəm? Bunun üçün gərək hər iki tərəfin addımı olsun. Yoxsa partlayar" .
    PAYLAŞ:

    Oxşar xəbərlər