Bakının mərkəzində “yaşıllıq soyqırımı” ola bilər — Ağaclar kəsilmək üçün hasara alındı (FOTOLAR)

Bakının mərkəzində “yaşıllıq soyqırımı” ola bilər — Ağaclar kəsilmək üçün hasara alındı (FOTOLAR)
  • Araşdırma / Sosial

  • Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

    Sərəncamda qeyd olunub ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.

    Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Lakin son zamanlar tikinti şirkətləri onlara maneçilik törədən ağacların kəsilməsində maraqlıdır. Beləliklə, həmin ərazinin yaşıllığı müəyyən dövlət qurumlarının himayədarlığı ilə itirilir. 

    Qanunvericiliklə boş yeri alan tikinti şirkəti 40 % ərazini yaşıllaşdırmalıdır. Əgər binanı söküb və əvəzində nəsə tikəcəksə, 25 % həddində yaşıllıq təmin edilməlidir. Çox təəssüf ki, tikinti şirkətləri aldıqları ərazidə ağacları bəzən gecə saatlarında, yaxud da ağacları qurudaraq məhvinə səbəb olurlar. 
    Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinin III-IV hissələrinə əsasən heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və agacların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir.

    Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsində meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurmaqla, habelə həmin əməllərin təkrar, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, külli miqdarda ziyan vurmaqla, əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilir. Bütün bunlara baxmayaraq, Nəsimi rayonunda İcra Hakimiyyətinin əməkdaşlarının gözü qarşısında “ekoloji soyqırım” davam edir. Belə ki, Nəsib bəy Yusifbəyli küçəsi 40 ünvanda yerləşən “Kapital Citi” tikinti şirkəti ağaclara qənim kəsilib. 

    Sakinlərin dediyinə görə, ərazidə tikinti məqdədilə bir müddət əvvəl beş ədəd iri gövdəli təqribən diametri 70-80 santimetr olan tut ağaclari kəsilərək kökündən çıxarılıb. Həmin vaxt sakinlər tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə dəfələrlə müraciət olunsada, heç bir tədbir görülməyib. Yaşıllıqları məhv edən şirkət yerli İcra Hakimiyyətinin himayədarlığı ilə cinayət məsuliyyətindən yayınandan sonra daha da aktivləşərək, onlarla ağacı zədələyərək hasarın içərisinə salır. 

    Sakinlər deyir ki, hasara alınan ağaclar da digərləri kimi yaxın günlərdə kəsiləcək. 

    “Ərazinin hasarlanması nəticəsində ağaclar təhkükəli və baxımsız vəziyyətə düşür”, - deyə sakinlır bildirir.

    Məsələ ilə bağlı Demokrat.az-ın Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə ünvanladığı sorğu cavabsız qalıb. Buradan bir daha aydın olur ki, ağacların uzun müddətdir hasardan təmizlənməməsi, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin yaşıllıqlara deyil, tikinti şirkətlərinə xidmət edir. 

    Sözügedən ünvanda hasarlama nəticəsində piyadaların gediş-gəlişinə də qanunsuz məhdudiyyət qoyulub. Hətta, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) dövlət büdcəsi hesabına ərazidə qoyduğu məlumat lövhəsi belə şirkət tərəfindən “lazımsız” hesab edilərək qarşısı bağlanıb. 

    Maraqlıdır ki, aftomobili qanunsuz yerdə park edərkən, 1 dəqiqə belə cərimə yazmağı gözdən qaçırmayan AYNA nə üçün bunu görə bilmir? 

    Ərazidə yaşayan sakinlərin artıq Bakı şəhər İcra Hakimiyyətindən ümidləri kəsilib. Onlar ümid edirik ki, Azərbaycan dövlət rəhbərliyi sözügedən məsələni nəzarətə götürərək, tikinti şirkəti və onu himayə edən təşkilatlar barəsində araşdırma aparılacaq və qanuna müvafiq tədbir görüləcək.
    Elmar Heydərli
    Demokrat.az








    PAYLAŞ:

    Oxşar xəbərlər