AZAL-ın yeni prezidenti kimdir? - DOSYE

AZAL-ın yeni prezidenti kimdir? - DOSYE
  • Araşdırma / Siyasət

  • Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Samir Musa oğlu Rzayev "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti vəzifəsindən azad edilib.

    Dövlət başçısının digər sərəncamı ilə, S.Rzayev "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib. 

    Samir Rzayev 2003-2004-cü illərdə Böyük Britaniyanın Durham Universitetində magistr təhsili alıb.

    O, 2009-2017-ci illərdə isə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunda Maliyyə şöbəsinin müdiri olub.
    S.Rzayev 2017-ci ildən "Bravo” supermarketlər şəbəkəsində satış müdiri olub.

    Samir Musa oğlu Rzayev 2022-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti təyin edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər