Yardımlıda "Uşaqlara qarşı zorakılıq hallarının səbəbləri, nəticələri və qarşısının alınması istiqamətində problemlərin öyrənilməsi" mövzusunda görüş keçirilib - FOTO

Yardımlıda "Uşaqlara qarşı zorakılıq hallarının səbəbləri, nəticələri və qarşısının alınması istiqamətində problemlərin öyrənilməsi" mövzusunda görüş keçirilib - FOTO
  • Yardımlı / Sosial

  • Yardımlı Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və Təhsil sektorunun birgə təşkilatçılığı ilə şəhər 4 nömrəli tam orta məktəbdə "Uşaqlara qarşı zorakılıq hallarının səbəbləri, nəticələri və qarşısının alınması istiqamətində problemlərin öyrənilməsi" mövzusunda görüş keçirilib. 

    Asiya.az xəbər verir ki, rayonda yerləşən təhsil müəssisələrinin direktorlarının, psixoloqların və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən Yardımlı RPŞ-nin rəisi, polis polkovniki Rauf Babaşov dövlət uşaq siyasətinin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda bu siyasətin ölkə başçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Uşaqların cəmiyyətdə şəxsiyyət kimi formalaşmasında, onların düzgün təlim-tərbiyə almasında ailə ilə yanaşı təhsil müəssisələrinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb və uşaqlara qarşı zorakılıq hallarının qəti yolverilməz olduğunu, bu zorakılıq halları ilə mübarizədə aidiyyəti qurumların sıx əməkdaşlıq şəraitində çalışmalarının vacibliyini qeyd edib. Şöbə rəisi zorakılıq hallarının hüquqi cəhətdən məsuliyyət yaratdığını və şiddətin heç bir növünün düzgün tərbiyə metodu olmadığını bir daha diqqətə çatdırıb.

    Sonra çıxış edən Yardımlı RİH başçısının müavini Əfsanə Məmmədova və Təhsil sektorunun müdiri Kamal Təhməzov cəmiyyəti uşaqlara qarşı zorakılığı yaradan səbəblər, zorakılığa məruz qalmış uşaqlara yardım, zorakılığın uşaqlarda yaratdığı travmalar, psixoloji problemlər, eləcə də zorakılıq növlərindən biri olan bullinq, onun növləri və formaları haqqında iştirakçılara geniş məlumat veriblər. Tədbir qarşılıqlı müzakirələr şəklində davam etdirilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər