Lənkəranda gəncləri zərərli vərdişlərdən qorumaq məqsədilə polis əməkdaşları maarifləndirici görüş keçirib - FOTO

Lənkəranda gəncləri zərərli vərdişlərdən qorumaq məqsədilə polis əməkdaşları maarifləndirici görüş keçirib - FOTO
  • Lənkəran / Sosial

  • Yeniyetmə və gəncləri zərərli vərdişlərdən qorumaq, bəşəriyyətin böyük bəlası sayılan narkomaniyaya qarşı mübarizəni daha səmərəli təşkil etmək məqsədilə polis əməkdaşları tərəfindən maarifləndirici görüşlər davam etdirilir.  

    Asiya.az xəbər verir ki, bu silsilədən olan növbəti tədbir Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Sütəmurdov kənd tam orta məktəbində təşkil edilib. Çıxış edən Lənkəran ŞRPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Rəşad Rəcəbov bu cür görüşlərin yeniyetmə və gənclərin sağlam həyat tərzini seçmələri istiqamətində mühüm addım olduğunu qeyd edib. İnsanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə geniş məlumat verib, gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu bildirib.

    Sonra mövzu ətrafında çıxışlar dinlənilib və məktəblilərin sualları cavablandırılıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər