Asiya.az-ın verdiyi məlumata görə hadisə Lənkəran - Lerik magistralında Lənkəran rayonunun Darquba kəndi ərazisində qeydə alınıb. 1991 - ci il təvəllüdlü Ağaddin Qasım oğlu Qasımovun idarə etdiyi "QAZel" markalı yük avtomobili, 1990 - cı il təvəllüdlü İsmayıl Əvəzəli oğlu Əliyevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili və "VAZ-2106" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində VAZ-2106 minik avtomobili deformasiyaya uğrayıb və əraziyə FHN - xüsusi xilasetmə hissəsinin xilasediciləri cəlb olunub. VAZ 2106 minik avtomobilində sıxılıb qalan Lənkəran rayonunun Şağlaküçə kənd sakinləri 1990 - cı il təvəllüdlü Ramin Əlabbas oğlu Şükürov və 1989 - cu il təvəllüdlü Ağasif Fəzail oğlu İsmayılov çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. "QAZel" də sərnişin qismində olan Lerik rayonunun Hamarmeşə kənd sakini 1965 - ci il təvəllüdlü Qasım Rüstəm oğlu Qasımov da xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.