Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru cərimələnib

Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru cərimələnib
  • Astara / Manşet / Siyasət

  • Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru Oktay Əmənullayev barəsində protokol tərtib edilib.

    Oktay Əmənullayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə cərimələnib.

    Asiya.az xəbər verir ki, bu maddə əmək qanunvericiliyinin tələblərini pozan işçi ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlıdır.

    Belə ki, 192.6-cı maddəyə görə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilirlər.

    O.Əmənullayev dövlət xidmətinin qərarı ilə razılaşmayıb. O, məhkəməyə müraciət edib. Onun şikayətinə Rayon Məhkəməsində baxılacaq. Martın 27-nə iş üzrə məhkəmə baxış iclası təyin olunub.

    Qeyd edək ki, Oktay Əmənullayev 2020-ci ilin martından Astara Rayon Mərkəzi Xəstəxanasında direktor vəzifəsində çalışır.
    PAYLAŞ:

    Oxşar xəbərlər