Lənkəranda 22 yaşlı xanım hamam otağında ölüb

Lənkəranda 22 yaşlı xanım hamam otağında ölüb
  • Lənkəran / Sosial

  • Lənkəranda bədbəxt hadisə baş verib.

    Asiya.az-ın verdiyi məlumata görə hadisə rayonun Yuxarı Nüvədi kəndində baş verib. Kənd sakini 2002 - ci il təvəllüdlü Səkinə Balağa qızı Məmmədova hamam otağında huşsuz vəziyyətdə tapılıb. S.Məmmədova ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər bildirir ki, o,  xəstəxanaya gətirilərkən yolda ölüb.
    Yaxınları onun epilepsiya xəstəliyinin olduğunu deyirlər. 
    Meyit aidiyyəti üzrə təhvil verilib.
    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər