Sabiq nazir vəfat etdi

Sabiq nazir vəfat etdi
  • Cəmiyyət / Manşet

  • Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat etdi.

    Asiya.az Trend-ə istinadən xəbər verir ki, 79 yaşlı Namiq Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.

    Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb.
     
    PAYLAŞ:

    Oxşar xəbərlər