Masallıda iftar süfrəsi açılıb - FOTOLAR

Masallıda iftar süfrəsi açılıb - FOTOLAR
  • Masallı / Araşdırma / Sosial

  • Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının təşkilatçılığı və Milli Məclisin deputatları Anar İsgəndərov və Məşhur Məmmədovun dəstəyi ilə islam dünyasının ən müqəddəs ayı olan Ramazan ayı münasibətilə şəhid ailələri, müharibə əlilləri və veteranları, ziyalılar, din xadimləri və aztəminatlı ailələrə iftar süfrəsi təşkil edilib.

    Asiya.az xəbər verir ki, iftar süfrəsi Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başladı.   

    İlk öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edildi.

    Mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev iştirak edənləri salamlayaraq iftar süfrəsinin təşkil edilməsinə dəstək verən Anar İsgəndərov və Məşhur Məmmədova öz adından və YAP Masallı rayon təşkilatının çoxsaylı üzvləri adından dərin təşəkkür və minnətdarlığını bildirib. Natiq Ramazan ayının həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayı olmasından söhbət açıb. Ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın ulu öndər Heydər Əliyev tərəfindən təməlinin qoyulduğunu bildirən rayon təşkilatının sədri Seyfəddin Əliyev bu siyasətin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb.

    Çıxış edən Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Azərbaycanda və eləcə də Masallı rayonunda açılan bu iftar süfrələrinin ölkəmizdə ənənəvi tolerantlığı nümayiş etdirdiyini qeyd edib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycanda tolerantlıq ənənələrinin  daha da möhkəmlənməsindən, bir çox məscid və dini ibadət yerlərinin  əsaslı təmir olunmasından danışaraq bildirdi ki, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir. Natiq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda övladlarını itirən analara öz ehtiramını bildirərək, Şəhidlərimiz kimi, onların analarının, ailələrinin də hər kəs üçün çox dəyərli olduqlarını diqqətə çatdırdı. O, adları Azərbaycan tarixinə qəhrəman kimi düşən şəhidlərimiz gənclərimiz üçün ən gözəl örnəkdir deyə qeyd etdi.

    Sonra Milli Məclisin deputatları Anar İsgəndərov və Məşhur Məmmədov çıxışlarında dövlət başçısının şəhid ailələri və qazilərə olan diqqəti, dövlətin bu sahəyə olan qayğısından məmnunluqla bəhs ediblər. Çıxış edənlər insanları xeyirxahlığa, birliyə dəvət edən on bir ayın sultanı - ən şəfaqətli və müqəddəs ay hesab edilən Ramazan ayının dünya müsəlmanları üçün ən əziz ay olduğu, bu ayda görülməsi vacib olan xeyirxah əməllərdən, savab işlərdən bəhs ediblər.

    Daha sonra ölkəmizə əmin-amanlıq, dövlətimizin rifah və tərəqqisi üçün eləcədə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhuna dualar oxunub.









    PAYLAŞ:

    Oxşar xəbərlər