ABB bankdan şikayət: “Bu bankın müştərisi olduğum üçün peşmanam”

ABB bankdan şikayət: “Bu bankın müştərisi olduğum üçün peşmanam”
  • Araşdırma / Sosial

  • Şikayətim daimi müştərisi olduğum və hazırda da müştərisi olduğum üçün peşman olduğum Azərbaycan Beynəlxalq Bankdandır.

    Asiya.az xəbər verir ki, bu barədə yazan bank müştərisi Vüsalə xanım bildirib ki, bank komissiyasız köçürmələr vədd etsə də, heç bir məlumat vermədən əməliyyatlar zamanı komissiya tutur:
    “Maaş kartımda olan pulu debet karta köçürmək yerinə işi boş olub heç bir kredit limiti olmayan kredit üzerinə köşürdüm, şəxsi vəsait kimi. Ekrana 0 komissiya yazılaraq işləm tamamlandır. Daha sonra posterminallarda ödəniş çətin olur deyə vəsaiti debete geri qaytarmaq istədim, heç bir komissiya bildirişi olmadan məndən 10 manata yaxın pul tutdu və bu barədə nə bir məlumat yazdı ekranda, nə də başqa bir sms. Qeyd edim ki, eyni zamanda kartımla keçən ay ABB yalandan icad etdiyi Faydamaxda QIZIL mərhələni tamamlayıb 30 min pulsuz köçürmə qazanmışdım guya. Buna baxmayaraq, mənim öz şəxsi vəsaitim heç bir zaman kredit limiti olmayan karta köçürülüb deyə mən komissiya ödəməli oldum”.

    Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
    PAYLAŞ:

    Oxşar xəbərlər