Ərkivandan ABŞ-a gedən yol - Abdullanın uğuru

Ərkivandan ABŞ-a gedən yol - Abdullanın uğuru
  • Masallı / Cəmiyyət

  • Abdulla Valid oğlu Cəbiyev 2000-ci ildə Masallı rayonu Ərkivan qəsəbəsinin Cəbili məhəlləsində anadan olub. Orta təhsilini Sumqayıt şəhəri 4 saylı orta məktəbdə alan Abdulla Cəbiyev yüksək bal toplayaraq Azərbaycan Dövlət Neft və Sənaye Univetsitetinin Elektroenergetika mühəndisliyi fakultəsinə qəbul olub. Təhsilini uğurla başa vuran gənc mütəxəssis Sumqayıt Elektrik Stansiyasında mühəndis işləyir.
    Bu günlərdə Cəbiyevlər ailəsi  Abdullanın uğurunu böyük sevinclə  qarşılayıb. Abdulla Cəbiyev magistratura təhsilini bakalavr pilləsində yiyələndiyi ixtias üzrə Azərbaycan Diplomatik Akademiyasında(ADA) alacaq.
    Qəbul zamanı Abdulla Cəbiyevin ADA və xarici ölkələrin elm adamları qarşısında yüksək nəticə əldə etməsi, nəzəri və praktik biliklərə tam dolğun cavab verməsi, eləcə də ingilis dili bilikləri üzrə beynəlxalq sertifikata sahiblənməsi ADA rektorluğunun və beynəlxalq elm arenasının diqqətindən yayınmayıb. Gənc mühəndisə 1 il 6 ay ADA-da təhsil aldıqdan sonra magistratura təhsilinin qalan 1 ilini ödənişsiz yolla ABŞ-ın nüfuzlu Vaşinqton Dövlət Universitetində davam etdirməsi tövsiyyə  olunub. Yüksək uğura imza atan Abdulla Cəbiyevin doğulduğu Ərkivan qəsəbəsinin Cəbiyevlər məhəlləsi elm adamları, ziyalı potensialı ilə nəinki Masallıda, ölkəmizdə də tanınır. Cəbiyevlər şəcərəsinin layiqli övladı Abdulla Cəbiyevə təhsilində uğurlar diləyir və əminik ki, elm aləmində Abdullanın da öz yolu öz izi olacaq və layiq olduğu nəsilə başucalığı gətirəcək.
    Ayiq SƏMƏDOV
    PAYLAŞ:

    Oxşar xəbərlər