"WhatsApp"a yeni funksiya gəlir: bundan sonra...

"WhatsApp"a yeni funksiya gəlir: bundan sonra...
  • Maraqlı

  • "WhatsApp”a gələn yeni funksiya sayəsində istifadəçilər artıq söhbət rəngini dəyişə biləcəklər.

    Asiya.az xəbər verir ki, dünyanın ən məşhur proqramı olan "WhatsApp” istifadəçilərə çox faydalı olacaq yeni funksiyalar təqdim etməyə davam edir.

    "WhatsApp” keçən ilin ortalarında üzərində işləməyə başladığı yeni dizayn yeniləməsini təqdim edib.

    Şirkət indi istifadəçilərə daha çox fərdiləşdirmə variantları təklif etməyə hazırlaşır.

    "WhatsApp”a gələn yeni funksiya sayəsində istifadəçilər indiyə qədər həmişə yaşıl olan söhbət rəngini dəyişə biləcəklər.

    İstifadəçilərə "WhatsApp”ı öz seçimlərinə görə formalaşdırmağa imkan verəcək funksiya hazırda sınaq mərhələsindədir və nə vaxt istifadəyə veriləcəyi məlum deyil.
    Ayşən
    PAYLAŞ:

    Oxşar xəbərlər