Professor Musa Quluzadənin xatirəsi anılıb - FOTO

Professor Musa Quluzadənin xatirəsi anılıb - FOTO
  • Masallı / Cəmiyyət

  • Mayın 20-də tarix elmləri doktoru, professor, Prezident yanında Dövlət İdarəçilik Akademiyası (DİA) rektorunun müşaviri, böyük elmi şuranın və dissertasiya müdafiə şurasının sədri, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, ən başlıcası ləyaqətli insan, mərhum Musa Quluzadənin 85 yaşı tamam oldu. Yubileyi uzun illər fəaliyyət göstərdiyi akademiyada xatirə günü kimi qeyd olundu.         
             
    Musa Quluzadənin xatirə işığına toplaşanları Akademiyanın rektoru, akademik Urxan Ələkbərov salamladı. Tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova professorun akademiyadakı mövqeyindən, elmi və bədii yaradıcılığından geniş söhbət açdı. Xalq şairi, Musa Quluzadəyə qardaş qədər yaxın olan Nəriman Həsənzadə xatirələrini bölüşdü. Milli Məclisin deputatları, BDU-nun professoru Anar İsgəndərov, DİA-nın professoru Elman Nəsirov, DİA-nın professorları Fuad Məmmədov, Əsədulla Cəfərov, Havva Məmmədova, Milli Aviasiya Akademiyasının professoru Nazim Cəfərli, həmin akademiyanın dosenti Şöhlət Kərimov, publisist Sevda Bəhramqızı görkəmli alimi xoş xatirələrlə yad edib, insani keyfiyyətlərindən, vətəndaşlıq və ziyalılıq mövqeyindən, dostcanlı, ailəcanlı, bütövlükdə böyük insanpərvərliyindən söz açaraq ruhuna dualar oxudular. 
              
    Çıxış edən natiqlər xatirə gününün keçirilməsi üçün təşəbbüskar olan Urxan müəllimə və Firdovsiyyə xanıma minnətdarlıq elədilər. 
              
    Musa müəllimin oğlu, tanınmış rejissor Elçin Musaoğlu təşkilatçılara və iştirakçılara ailə üzvləri adından təşəkkürünü bildirdi.                            Sevda Əlibəyli,                                    "Söz" jurnalının baş redaktoru



    PAYLAŞ:

    Oxşar xəbərlər