Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi Zahid Abbasov dəfn edilib

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi Zahid Abbasov dəfn edilib
  • Lerik / Sosial

  • Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Zahid Ziyad oğlu Abbasovla Lerik rayonunun Laman kəndində keçirilən vida mərasimi başa çatıb.

    Asiya.az xəbər verir ki, dəfn mərasimində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, millət vəkili İqbal Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, hərbçilər və rayon ictimaiyətinin nümayəndələri iştirak ediblər.

    Şəhidimiz yaylım atəşinin açılması ilə torpağa tapşırılıb. Daha sonra şəhid cənazəsinə bükülmüş Azərbaycan bayrağı rayon icra hakimiyyətinin  başçısı tərəfindən şəhidin oğluna təqdim olunub.








    PAYLAŞ:

    Oxşar xəbərlər