Cəlilabadda itkin düşən 18 yaşlı qız Tovuzda tapıldı

Cəlilabadda itkin düşən 18 yaşlı qız Tovuzda tapıldı
  • Cəlilabad / Sosial

  • Cəlilabadda 8 gün əvvəl itkin düşmüş 18 yaşlı qız tapılıb.

    Asiya.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayon sakini N.Zeynalovanın mayın 17-də yaşadığı evdən çıxaraq naməlum istiqamətə getməsi ilə bağlı polisə müraciət daxil olub. 

    Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində onun Tovuz rayonunda olduğu müəyyən edilib. O, ailə qurmaq məqsədilə könüllü şəkildə getdiyini deyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər