Millət vəkili 1500 ailəyə qurban sovqatı verdi - FOTOLAR

Millət vəkili 1500 ailəyə qurban sovqatı verdi - FOTOLAR
  • Masallı / Manşet / Sosial

  • Dünya müsəlmanları Qurban Bayramını qeyd edir. Qurban Bayramı İslam dünyasında böyük əhəmiyyətə malik dini bayramlardan biridir və İbrahim peyğəmbərin Allaha olan itaətini simvolizə edir. 

    Bayram zamanı müsəlmanlar qurbanlıq heyvan kəsir və ətini ehtiyacı olanlarla paylaşır, bir-birləri ilə bayramlaşırlar.  Qurban Bayramı yardımlaşma və birlik duyğularını gücləndirir.

    Asiya.az xəbər verir ki, bu gün millət vəkili Məşhur Məmmədovun dəstəyi ilə Masallı rayonunda qurban kəsilib.

    91 şəhid ailəsi, 116 qazi,  310 nəfər Vətən Müharibəsi iştirakçıları da daxil olmaqla ümumilikdə 1500 sosial təminatı zəif olan ailəyə qurban payı verilib.

    Allah qəbul etsin. 









    PAYLAŞ:

    Oxşar xəbərlər