![YYSİB E-Zəfərnamə Layihəsinin Üçüncü Tədbirini Binə Qəsəbəsindəki Mərkəzi Kitabxanada baş tutdu](/uploads/posts/2024-06/1718636996_448403571_10233439372302506_2814513735229225089_n-1.jpg)
![](https://yenimedia.net/wp-content/uploads/2024/06/IMG_2129-1024x683.jpg)
Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında YYSİB-nin növbəti tədbir/təqdimat və gənc məktəbli oxucularla görüş keçirilib. Kitabxana əməkdaşları, oxucular – orta məktəbin yuxarı sinif şagirdləri və valideynlər üçün layihə, fəaliyyətlər, sosial şəbəkə səhifəsi, elektron nəşrlərlə bağlı neomaarifçilik tanıtım və təqdimat mərasimi baş tutdu.
Tədbir “Kulturoloji innovasiya: Qarabağ Zəfəri haqqında interaktiv e-kitabların hazırlanması” – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı kulturoloji-innovativ layihə çərçivəsində təşkil olundu.
![](https://yenimedia.net/wp-content/uploads/2024/06/IMG_2132-1024x683.jpg)
![](https://yenimedia.net/wp-content/uploads/2024/06/IMG_2134-1024x683.jpg)
![](https://yenimedia.net/wp-content/uploads/2024/06/448549087_10233439375782593_8287277519935552358_n.jpg)
Aydın Xan Əbilovun bildirdi ki, reallaşdırılan ikiaylıq layihə 1 may – 31 iyun 2024-cü il tarixlərini əhatə edir və geniş fəaliyyət planına malikdir. Müxtəlif tədbirlər, virtual aksiyalar, e-sərgilər, sosial şəbəkələrdə kampaniyalarla yanaşı, təməli qoyulan “e-Zəfərnamə” silsiləsini təşkil edəcək 24 elektron kitabın rəqəmsallaşdırılaraq ictimai yayımı, eləcə də Azərbaycanda Qarabağ – II Vətən müharibəsi haqqında ədəbiyyat, İnternet və sosial şəbəkə resursları, elektron kitabxana, e-nəşrlər sahəsində boşluqları doldurmağa yönəldiyini söylədi. Layihə rəhbəri çıxışının sonunda sonra kitabxana.net portalındakı e-Zəfərnamə altbölümündəki elektron kitablar haqqında geniş məlumatları məclis iştirakçılarına çatdırdı.
Tədbir çərçivəsində Vətən müharibəsi, II Qarabağ savaşı və ədəbiyyat mövzusunda layihənin eksperti, Qarabağ veteranı, tanınmış yazıçı-publisit Hacı Qəni Camalzadənin gənc oxucuların görüşü keçirildi. Qəni Camalzadə gənc nəslin mütaliə mədəniyyətinin inkişafına xüsusi vurğuladı, bu cür layihə və məclislərin yeni nəslin mənəvi-estetik inkişafına xüsusi təsir göstərdiyini vurğuladı, Qarabağ müharibəsi haqqında qələmə aldığı yeni romanı, eləcə də tarixi proseslər, ədəbiyyat və savaş məsələlərinə aid mülahizələrini bölüşdü.
![](https://yenimedia.net/wp-content/uploads/2024/06/1-1024x768.jpg)
Vətən müharibəsi, II Qarabağ savaşı və ədəbiyyat mövzusunda mini-kitab sərgi ilə tanışlıq, oxucular və kitabxanaların əməkdaşları ilə maraqlı müzakirə, təqdimatlar baş tutdu.
Daha sonra şıxış edənlərdən “Ekologiya xəbərləri” qəzetinin baş redaktoru, şair-publisit Şahin Həmidli, Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Jalə Əliyeva və kitabxananın informasiya-resurs şöbəsinin müdiri Nilufər Abdulova, gənc oxucular çıxış edərək layihənin və keçirilən tədbirin əhəmiyyətindən danışdılar, bu cur məclislərin vacibliyini söylədilər.
![](https://yenimedia.net/wp-content/uploads/2024/06/IMG_2154-1024x683.jpg)
MUASIRMEDIA/AZ
Hidayət – Ayxan Əbilli,
YYSİB sədr müavini, YYSİB Analitik-İnformasiya Bölümünün əməkdaşı