Lənkəranda yol qəzasında Masallı sakinləri xəsarət alıb - FOTO

Lənkəranda yol qəzasında Masallı sakinləri xəsarət alıb - FOTO
  • Hadisə / Lənkəran / Masallı

  • Lənkəranda baş verən qəzada 4 nəfər xəsarət alıb. Yaralılardan biri reanimasiya şöbəsinə yerləşdirilib.

    APA-nın cənub bürosunun verdiyi məlumata görə, günorta saatlarında Lənkəran rayonunun Liman şəhərində baş verən qəzada 4 nəfər xəsarət alıb.
    Xəsarət alanlar Masallı rayon Gəyəçöl kənd sakinləri 2003-cü il təvəllüdlü Məmmədəli Bahadır oğlu Nəsirov, 1984-cü il təvəllüdlü Aslan Məhərrəm oğlu Abdullayev, 1995-ci il təvəllüdlü Elton İdrak oğlu Nəsirov və Lənkəran şəhər sakini 1982-ci il təvəllüdlü Emin Əlişan oğlu Şükürov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
    Məmmədəli Nəsirov qapalı kəllə-beyin travması diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
    Digər xəsarət alanların müalicələri xəstəxanada davam etdirilir.



    PAYLAŞ:

    Oxşar xəbərlər