Masallıda fəaliyyət göstərən bu kafenin fəaliyyəti məhdudlaşdırıldı - FOTOLAR

Masallıda fəaliyyət göstərən bu kafenin fəaliyyəti məhdudlaşdırıldı - FOTOLAR
  • Sosial / Masallı

  • Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Masallı rayonu, Öncəqala kəndində fəaliyyət göstərən, sahibkar İsmayıllı Fərid İbrahim oğluna məxsus “Bakı Gecələri” kafesində plandankənar yoxlama keçirib.

    Baxış zamanı kafedə sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib.

    Asiya.az xəbər verir ki, obyektdə vəziyyətin qənaətbəxş olmadığı və əsaslı təmirə ehtiyacı olduğu, işçilərin dövri tibbi müayinədən keçmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı aşkarlanıb.

    Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq, kafenin fəaliyyəti məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər