Lənkəran sakininin iddiaları ilə bağlı DİN-dən açıqlama

Lənkəran sakininin iddiaları ilə bağlı DİN-dən açıqlama
  • Sosial / Lənkəran

  • Lənkəran şəhər sakini Nurlan Nurəliyev və Bakı şəhər sakini Arif İsmayılova kəsici alətlə xəsarət yetirən şəxsin məsuliyyətə cəlb olunmaması ilə bağlı xəbər saytlarından birində dərc olunan iddialar həqiqəti əks etdirmir.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a məsələ ilə bağlı bildirilib ki, həmin faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma başlanılıb, məhkəmə-tibb ekspertizası təyin edilib.

    İlkin araşdırmanın nəticəsi və ekspertizanın rəyi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsilə cinayət işi başlanılıb. 01.07.2024-cü ildə Ramal Nəzərli şübhəli şəxs qismində tutulub, ona ittiham elan edilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı rayon prokuroru qarşısında vəsatət qaldırılsa da, vəsatət təmin edilməyib. Həmin şəxs barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib. İstintaq zamanı faktın xəsarət almış Nurlan Nurəliyevin təşəbbüsü ilə, yəni qarşı tərəfi söyüb təhqir etməsi və üzərinə hücum etməsi səbəbindən baş verdiyi müəyyən edilib. Hazırda faktla bağlı istintaq davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər