"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Qəriblər kəndində payız-qış tədbirlər planına uyğun olaraq diametri 159 mm-lik qaz xəttin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar Masallı QPS-dən qidalanan Qəriblər, İsilər, Məmmədrza və Əzizabad kəndlərində ümumilikdə 600-ə yaxın abonentin qaz təchizatının 6 avqust saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
"Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir", - məlumatda vurğulanıb.