Lənkəranda qanunsuz ov edən və qanunsuz olaraq odlu silah saxlayan şəxslər müəyyən ediliblər

Lənkəranda qanunsuz ov edən və qanunsuz olaraq odlu silah saxlayan şəxslər müəyyən ediliblər
  • Sosial / Lənkəran

  • Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində rayon ərazisində təyin olunmayan yerdə V.Qurbanov adlı şəxsin qanunsuz olaraq ov etdiyi müəyyən olunub. Ondan 1 ədəd ov tüfəngi və qanunsuz ovladığı çöl quşları aşkarlanıb. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib edilərək məhkəməyə göndərilib.

    Asiya.az xəbər verir ki, bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən tədbirlər nəticəsində rayon sakinlərindən müvafiq sənədləri olmayan 12 ədəd tüfəng aşkarlanaraq götürülüb.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər