Asiya.az xəbər verir ki, parlament seçkiləri ilə əlaqədar bu gün seçkiqabağı təşviqat aparıla bilməz.
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına 2024-cü il avqustun 9-dan başlanılıb və proses bu gün saat 8:00-da dayandırılmalıdır.
Bu günü qeyri-rəsmi olaraq "sükut günü" də adlandırırlar.
Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək seçkilərlə əlaqədar seçki məntəqələri səhər saat 8-də açılacaq və səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparacaq.