Asiya.az xəbər verir ki, tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Masallı Dövlət Regional Kollecinin müəllimi Kəmalə İmanova çıxış edərək Azərbaycan xalqı üçün unudulmaz tarix olan 20 Yanvar hadisələri zamanı Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə xalqın əliyalın ayağa qalxaraq mübarizə əzmindən,son illərdə qazanılmış qələbələrdən və fədakar oğulların qəhrəmanlıqlarından danışdı.
Daha sonra tələbələrin təqdimatında şeir parşaları təqdim olundu.