Masallıda "Xocalı naləsi" adlı kompozisiya nümayiş olundu - FOTOLAR

Masallıda "Xocalı naləsi" adlı kompozisiya nümayiş olundu - FOTOLAR
  • Masallı / Mədəniyyət

  • Fevralın 23-də Masallı rayon Mədəniyyət Mərkəzinin səhnəsində Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri, Masallı Xalq Teatrının aktyorlarının iştirakı ilə Xocalı soyqırımının 32-ci il dönümünə həsr olunan "Xocalı naləsi" adlı kompozisiya nümayiş olundu. 

    Asiya.az xəbər verir ki, tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

    Kollecinin müəllimi Kəmalə İmanova çıxış edərək təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı haqqında məlumat verərək, bürün dünyaya Xocalı həqiqətlərinin çatdırılması istiqamətində görülən işlərdən, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə qazanılmış qələbələrdən danışdı.

    Sonra Masallı Xalq Teatrının aktyorları və kollecin tələbələrinin təqdimatında "Xocalı naləsi" adlı tamaşa nümayiş olundu.
















    PAYLAŞ:

    Oxşar xəbərlər