Lənkəranda yol nəqliyyat hadisəsi baş verib - Xəsarət alanlar var

Lənkəranda yol nəqliyyat hadisəsi baş verib - Xəsarət alanlar var
  • Hadisə / Lənkəran

  • Lənkəranda iki minik avtomobili toqquşub, ər və arvad xəsarət alıb.

    Asiya.az-ın verdiyi məlumata görə hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Şağlaser kəndi ərazisində baş verib. İki minik avtomobili toqquşub. Qəza nəticəsində sərnişinlər Lənkəran rayon Gəgiran kənd sakinləri 1978-ci il təvəllüdlü Şücaət Əsgər oğlu İbadov və həyat yoldaşı 1978-ci il təvəllüdlü Nüşabə Hüseynağa qızı İbadova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar. 
    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər