Masallının bu ərazilərində qaz təchizatı dayandırılacaq

Masallının bu ərazilərində qaz təchizatı dayandırılacaq
  • Sosial / Masallı

  • Masallı rayonu ərazisində sabah saat 10:00-dan bir neçə kəndin qaz təchizatı dayandırılacaq.

    Asiya.az Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir ki, rayon ərazisində yerləşən “Tüklə” qaz paylayıcı stansiyadan qidalanan Türkoba kəndində diametri 159 mm-lik orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar Mahmudavar, Mololon və Şatıroba kəndlərinin ümumilikdə 1800-ə yaxın abonentinin qaz təchizatı dayandırılacaq.

    Bundan əlavə, “Masallı” qaz paylayıcı stansiyada sənaye xəttinin əhali xəttindən ayrılması məqsədilə Masallı şəhəri, Öncəqala, Hüseynhacılı, Musaküçə, Gəyəçöl, Xıl, Sirəbil, Sərçuvar, Təzəkənd, Seybətin, Səmidxan-2, Qəriblər, İsilər, Əzizabad, Məmmədrzaküçə, Lürən, Qızılavar kəndləri və Ərkivan qəsəbəsində ümumilikdə 16000-ə yaxın əhali abonentlərinə, eləcə də sənaye obyektlərinə qazın verilməsi dayandırılacaq.

    Qaz təchizatının dayandırılması işlər yekunlaşanadək davam edəcək.

    İdarə bildirir ki, abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaqları və təhlükəsizlik tədbirlərinə riayət etməkləri xahiş edilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər