Masallıda baş verən qəzada piyada ölüb - FOTO

Masallıda baş verən qəzada piyada ölüb - FOTO
  • Hadisə / Masallı

  • Masallıda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

    Asiya.az-ın verdiyi məlumata görə hadisə Ələt-Astara magistralında, Masallı rayonu ərazisində qeydə alınıb. Astara istiqamətində hərəkətdə olan "Mercedes VİTO" markalı minik avtomobili yolu keçmək istəyən piyada Masallı rayonunun Sərçuvar kənd sakini 1980-cı il təvəllüdlü Məhərrəm Əlihüseyn oğlu Seyfiyevi vurub. Sürücü, ağır xəsarət alan piadanı avtomobili ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırıb. Buna baxmayaraq piyada aldığı xəsarətlərdən ölüb.
    Faktla bağlı araşdırma aparılır.


    PAYLAŞ:

    Oxşar xəbərlər