Lənkəranda baş verən qəzada piyada ölüb

Lənkəranda baş verən qəzada piyada ölüb
  • Lənkəran / Hadisə

  • Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

    Asiya.az-ın verdiyi məlumata görə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi rayonun Şağlaser kəndi ərazisində qeydə alınıb. Şağlaser kənd sakini Əsgər Səyadullanın idarə etdiyi "Mercedes 190" markalı nəqliyyat vasitəsi hərəkətdə olarkən, yolu keçmək istəyən piyada 1959 - cu il təvəllüdlü Firdovsi Mansur oğlu Paşayevi vurub. Piyada F.Paşayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
    Hadisəni törədən Ə.Səyadulla şübhəli şəxs qismində saxlanılıb.
    Meyit aidiyyəti üzrə təhvil verilib.
    Ilkin məlumata görə hadisəyə səbəb əlverişsiz hava şəraiti olub.
    Faktla bağlı araşdırma başlanılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər