Lənkəranda avtoqəza nəticəsində xəsarət alan piyada ölüb

Lənkəranda avtoqəza nəticəsində xəsarət alan piyada ölüb
  • Sosial / Lənkəran

  • Lənkəranda, avtomobil qəzasında xəsarət alan piyada xəstəxanada ölüb.

    Asiya.az-ın verdiyi məlumata görə Lənkəranda avtomobil qəzasında xəsarət alan Astara rayonunun Kolatan kənd sakini 1995-ci il təvəllüdlü Anar Bəxtiyar oğlu Ağarzazadə aldığı xəsarətlərdən Bakı şəhərində xəstəxanaların birində ölüb.

    Qeyd edək ki, hadisə Lənkəran şəhərinin "Kiçik Bazar" deyilən ərazisində, dəniz kənarında baş vermişdi. Hərəkətdə olan "DAEWOO" markalı minik avtomobili piyada A.Ağarzazadəni vurmuşdu. 
    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər