Lənkəran-Astara Regional Təhsil İdarəsi monitorinqlər apardı - işdən azad olunanlar, şiddətli töhmət verilənlər var

Lənkəran-Astara Regional Təhsil İdarəsi monitorinqlər apardı - işdən azad olunanlar, şiddətli töhmət verilənlər var
  • Cəlilabad / Yardımlı / Masallı / Lənkəran / Lerik / Astara / Araşdırma / Sosial

  • Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən aparılan monitorinqlər zamanı bir sıra nöqsanlar aşkarlanıb və təhsil müəssisələrinin rəhbərləri vəzifələrindən azad edilib.

    Lənkəran-Astara Regional Təhsil İdarəsinin fəaliyyət planına və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyinin “Monitorinqlərin keçirilməsi barədə” 29 aprel 2024-cü il tarixli elektron məktubunun icrasına uyğun olaraq məktəbəqədər və ümumi təhsil müəssisələrində monitorinqlər həyata keçirilir. 

    ℹ️ Monitorinqlər nəticəsində təhsil müəssisələrinin rəhbərlərindən 9-u işdən azad olunub, 3-nə şiddətli töhmət, 6-na töhmət verilib, 3-nə isə yazılı xəbərdarlıq edilib.

    İşdən azad olunub:
    - Astara şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasının müdiri
    - Astara şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasının müdiri
    - Cəlilabad rayon Boyxanlı kənd tam orta məktəbinin direktoru
    - Lənkəran rayon Osakücə kənd körpələr evi-uşaq bağçasının müdiri
    - Masallı rayon Şərəfə kənd uşaq bağçasının müdiri
    - Masallı rayon Türkoba kənd tam orta məktəbinin direktoru
    - Masallı rayon Sirəbil kənd ümumi orta məktəbinin direktoru
    - Masallı rayon Köhnə Alvadı kənd tam orta məktəbinin direktoru
    - Masallı şəhər 3 nömrəli tam orta məktəbinin direktoru

    Şiddətli töhmət verilib:
    - Cəlilabad rayon Privolnoye kənd körpələr evi-uşaq bağçasının müdiri
    - Yardımlı rayon Qabaqdibi kənd tam orta məktəbinin direktoru
    - Lənkəran rayon Velədi kənd körpələr evi-uşaq bağçasının müdiri

    Töhmət verilib:
    - Astara rayon Burzubənd kənd tam orta məktəbinin direktoru
    - Lənkəran rayon Xolmili kənd körpələr evi-uşaq bağçasının müdiri
    - Lənkəran rayon Liman şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasının müdiri
    - Lənkəran rayon Alazəpin kənd ümumi orta məktəbinin direktoru
    - Lənkəran şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün 
    xüsusi internat məktəbinin direktoru
    - Lənkəran rayon Kənarmeşə kənd tam orta məktəbinin direktoru

    Yazılı xəbərdarlıq edilib:
    - Lənkəran rayon Liman şəhər 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri
    - Lənkəran rayon Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin direktoru
    - Masallı rayon Qəriblər kənd tam orta məktəbinin direktoru

    Asiya.az xəbər verir ki, cari ilin yanvar-may ayları ərzində Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən 14 məktəbəqədər və 18 ümumi təhsil müəssisəsində monitorinqlər aparılıb və davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər