Lerikdə odun sobasından çıxan alov 2 yaşlı uşağı yandırdı

Lerikdə odun sobasından çıxan alov 2 yaşlı uşağı yandırdı
  • Hadisə / Lerik

  • Lerikdə benzinlə ehtiyatsız davranma 2 yaşlı uşağın yanmasına, ata və ananın xəsarət almasına səbəb olub.

    Asiya.az-ın verdiyi məlumata görə hadisə Lerik rayonunun Blaband kənd ərazi vahidliyinə daxil olan Şinəbənd kəndində baş verib. Kənd sakini 1987-ci il təvəllüdlü Rüfət Güloğlan oğlu Abbasov, evdə odun sobasını qalamaq üçün benzindən istifadə edib. Bu zaman sobadan çıxan alov ətrafa və yaxınlıqda olan uşaq 2022-ci il təvəllüdlü V.R.Abbaslının üzərinə düşüb. Uşağın anası 1989-cu il təvəllüdlü Afiqə İbrahim qızı Qasımova dərhal uşağın paltarlarını çıxarmağa çalışıb. Həmin anda ana da hər iki əlin 1 və 2-ci dərəcəli termiki yanıq xəsarətləri alıb. 2 yaşlı uşaq dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub, ilkin tibbi yardımdan sonra vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib.
    Hazırda həkimlər uşağın vəziyyətini ağır qiymətləndirir. Ona bədənin 90% termiki yanıq diaqnozu qoyulub. Ata R.Abbasov isə Lerik rayon mərkəzi xəstəxanasına çatdırılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər