Asiya.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli bildirib ki, ikinci binanın mənzilləri jurnalistlərə bu il 22 iyul - Milli Mətbuat günündə veriləcək.
3 girişli, 17 mərtəbəli bina 255 mənzildən ibarətdir.
Qeyd edək ki, jurnalistlər üçün inşa edilmiş birinci bina 22 iyul 2013-cü ildə istifadəyə verilib.