"Dağlıq Qarabağın azərbaycanlı icması" yeni kampaniyaya başlayıb - FOTO

"Dağlıq Qarabağın azərbaycanlı icması" yeni kampaniyaya başlayıb - FOTO
  • Cəmiyyət / Manşet

  • “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyi yeni kampaniyaya başlayıb...

    Asiya.az
    -ın məlumatına görə, “Qarabağ harayı” adlanan kampaniya çərçivəsində Qarabağın hüdudları daxilində yaşayan insanların, məcburi köçkünlərin video-müraciətini beynəlxalq təşkilatlara ünvanlanacaq.

    Tədbirdə çıxış edən “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri Tural Gəncəliyev bildirib ki, icma son 1 il ərzində öz fəaliyyətini daha da intensivləşdirilib:

    “Əsas məqsədimiz Ermənistanın işğalçı siyasətini dünya ictimaiyyətinə çatdırmaqdır. Bu işdə gənclərin iştirakı isə bizim üçün çox vacibdir. informasiya savaşı çərçivəsində audio-viziual materialların hazırlanması və informasiya müharibəsində bu metoddan istifadə çox böyük önəm kəsb edir. Kampaniya çərçivəsində nümayiş etdiriləcək “Şuşaya yenidən günəş doğacaq” adlı video-çarxın məqsədi gənclərin dünyaya çıxış etməsidir. Video-çarx Dağlıq Qarabağ Azərbaycanlı İcması, Azərbaycanda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin dəstəyi və “CO production Baku” adlı media qurumunun birlikdə əməkdaşlığı nəticəsində meydana gəlib. Video-çarxın əsas məqsədi ermənilərin işğalçı siyasətindən əziyyət çəkən şəxslərin səsini dünyaya çatdırmaqdır”

    T.Gəncəliyev qeyd edib ki, gənc nəsil ermənilərin bu torpaqları müvəqqəti saxladığını bilməlidir:

    “Ermənilərin işğalçı siyasətini dünyaya daha yaxşı çatdırmaq üçün bu kampaniya gənclərə şərait yaradır. Bu kampaniya başladıqdan sonra estafeti ilk olaraq Rövşanə Quliyevaya verdik, və onun video-çarxını da dünyaya yayacağıq. Bu işdə bütün gəncləri iştirak etməyə çağırırıq. Öz torpaqlarımıza qayıtmayanadək biz sakit durmamalıyıq”.

    Tədbirdə təqdim edilən video-çarxın rejissoru Can Batır, Tural Qəlbinur və digər şəxslər də çıxış edib.

    Tədbir müzakirələrlə davam etdirilib. (apa)

    "Dağlıq Qarabağın azərbaycanlı icması" yeni kampaniyaya başlayıb - FOTO
    "Dağlıq Qarabağın azərbaycanlı icması" yeni kampaniyaya başlayıb - FOTO
    "Dağlıq Qarabağın azərbaycanlı icması" yeni kampaniyaya başlayıb - FOTO
    "Dağlıq Qarabağın azərbaycanlı icması" yeni kampaniyaya başlayıb - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər