ARİF QASIMOVUN "MÜƏMMALI" ADAMI - 420 min dollarlıq “Galenvagen”in, milyonluq mülklərin sahibi olan şəxs kimdir?

ARİF QASIMOVUN "MÜƏMMALI" ADAMI - 420 min dollarlıq “Galenvagen”in, milyonluq mülklərin sahibi olan şəxs kimdir?
  • Araşdırma / İqtisadiyyat

  • Ötən həftə ölkə başçısının sərəncamı ilə Arif Qasımov Nizami rayonunun icra başçısı vəzifəsindən azad edildi.

    Asiya.az xəbər verir ki, Qasımovun işdən çıxarılmasına isə onun AzTV-də haqqında yayılmış reportaj səbəb olub. Belə ki, həmin reportajda icra başçısının göstərişi ilə rayondakə əsas parklardan birininin yaşıllıqlarının məhv edilərək, yerində restoran tikilməsindən bəhs olunurdu. Sonradan o da məlum oldu ki, həmin yaşıllıq İDEA tərəfindən salınıb.

    ARİF QASIMOVUN ƏSAS DƏSTƏKÇİSİ KİM OLUB?

    Öncəliklə Arif Qasımovun necə belə bir posta gəlib çıxması barədə kiçik bir qeyd edək. Nəzərinizə çatdıraq ki, sözügedən şəxs bundan əvvəl Siyəzəndə icra başçısı vəzifəsində çalışıb. 2011-2015-ci illərdə Siyəzəndə bir çox qanunsuzluqlara imza atan Qasımov sonradan Bakının heçə də kiçik olmayan, həm də varlı rayonuna icra başçısı təyin edilir.

    Arif Qasımovun belə “parlaq karyera”ya sahib olması yaxın qohumu Zakir Ffərəcovun sayəsində mümkün olub. Belə ki, həyat yoldaşı tərəfdən yaxın qhumluq əlaqəsi olan Sumqayıtın icra başçısı onu vəzifə pillələrinə daşıyıb.

    YAP-ın YERLİ TƏŞKİLATININ SƏDR MÜAVİNİ, “JURNALİST”, “YAZIÇI” VƏ BİZNESMEN

    İndi isə keçək əsas mətləbə. Nizami rayonunda qanunsuz tikinti işlərini aparan, xeyli sayda restoranların tikintisini həyata keçirən şəxsin kimliyi üzə çıxıb. Arif Qasımovun “sağ əli” olaraq tanınan və daha çox kölgədə qalan Ramin Əhmədov YAP-ın Nizami rayon təşkilatının sədr müavinidir. Keçmiş icra başçısının sayəsində bütün rayona sahiblənən və qısa müddətdə oliqarxa belə çevrilən Ramin Əhmədov, qazancını təbii ki, Qasımovla bölüb.
    Kimdir bu Ramin Sərdar oğlu Əhmədov? Bu şəxs 15 iyul 1977-ci ildə Şərur rayonunun Vərməziyar kəndində doğulub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. “Konokon TT” – Kik– Boksinq üzrə II dərəcəli idmançıdır. “Sərdaroğulları” MMC-ni təsis edib. Ddeməli, bu şəxs 2005-ci ildə Azərbaycan Ağsaqqallar Şurasının orqanı olan “Türk Dünyası Ağsaqqalları” qəzetinin baş redaktoru vəzifəsinə təyin olunub. 2007-ci ildə Şuranın Məclis üzvü, 2012-ci ildə isə İdarə Heyətinə üzv seçilib. 2015-ci ildə “Missiya.Az İnformasiya Portalını yaradıb. Hazırda Missiya.Az-a, həm də “Türk Dünyası Ağsaqqalları” qəzetinə rəhbərlik edir. Maraqlıdır ki, 2005-ci ildə “Türk Dünyası Ağsaqqalları” qəzetinin baş redaktoru olan Ramin Əhmədov, 2006-cı ildən “Yeni Liqa” həftəlik ictimai-siyasi qəzetində baş redaktor müavini kimi fəaliyyətə başlayıb. 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 7 kitabın müəllifidir. Sonuncu kitabı, “Heydər Əliyev və antiterror siyasəti” adlanır. Hazırda YAP Nizami rayon Təşkilatında sədr müavini vəzifəsində çalışır.

    ERKİN QƏDRİLİNİN RƏQİBİ

    Onu da qeyd edək ki, bu biznesmen təşkilat rəhbəri ara-bir siyasətlə də məşğul olub. Hətta təmsil etdiyi partiyanın qərarlarını belə saymadan. Belə ki, Ramin Əhmədov sonuncu parlament seçkilərində 16 saylı II Yasamal Sseçki Dairəsindən bitərəf kimi namizədliyini irəli sürüb. YAP-ın yerli təşkilatlarından birinin sədr müavinin “bitərəf” kimi seçkiyə qatılması maraqlı məsələdir. Üstəlik, adam özünü "RX SƏRDAROĞULLARI HOLDİNG" MMC-nin meneceri kimi təqdim edib.
    Əldə etdiyimiz məlumata görə, həmin vaxt YAP yerlərdən namizədliyini irəli sürmüş əsas namizədlərdən başqa şəxslərin seçkidən çəkilməsi barədə göstəriş vermişdi. Hətta bəyan etmişdi ki, partiyanın tələbi yerinə yetirilməyəcəyi təqdirdə, həmin namizədlər üzvlükdən çıxarılacaq. Elə Ramin Əhmədov da eyni aqibətlə üzləşib. Lakin Arif Qasımovun “qanının arasına girməsi” sayəsində toxunulmaz qalıb.

    RAMİN ƏHMƏDOVUN MÜLKLƏRİ

    Ramin Əhmədov keçmiş icra başçısının təkcə, şəriki yox, həm də biznes sahəsində yol göstərəni də olub. Elə bu səbəbdəndir ki, Nizami rayonu ərazisindəki bütün parklar və bazar ətrafındakı restoran, ticarət obyektləri və maqazinlər onun sayəsində tikilib və bu gün də işlədilir. Sonuncu restoran qalmaqalının müəllifi də Ramin Əhmədovdur. Çünki həmin parkı və yaşıllığı satan sözügedən şəxs olub.

    JAMAZ.İNFO-nun araşdırmaları nəticəsində məlum olub ki, sözügedən şəxsin onlarla bahalı obyekti, ticarət mərkəzləri, restoranları və mülkləri var. Məsələn, “Neftçilər” metrosu ətrafındakı bütün obyektlər, restoran və köşklərin hamısı adıçəkilən şəxsə məxsusdur.
    Bundan başqa onun digər obyektləri aşağıdakılardır:
    - “Praqa” restoranından “8-ci km bazarı”na kimi park və yol boyu bütün obyektlər;
    - “Üzüm” restoranı;
    - “Tayqa” restoranı;
    - “Bizbizə” restoranı”
    - “Port Baku” yaşayış kompleksində mənzil;
    - Şüvəlan və Mərdəkanda milyonluq bağ evləri;
    - Nizami rayonu ərazisində onlarla mənzil;
    - Dəyəri 420 min dollar olan “Mercedes G 63 AMG” markalı maşın;
    Qeyd edək ki, bu obyektlərin hamısı icarədədir və onların ən ucuzunun aylıq icarə haqqı 10 min manata bərabərdir. Onu da bildirək ki, bunlar bizə məlum olanlardır. Amma bizə məlum olmayan obyekt və mülklərin olduğu da istisna deyil.
    Yazıda adı çəkilən şəxsin də mövqeyini dərc etməyə hazırıq.
    PAYLAŞ:

    Oxşar xəbərlər