Cəlilabadda “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda görüş keçirilib

Cəlilabadda “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda görüş keçirilib
  • Cəlilabad / Sosial

  • Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib.

    Asiya.az xəbər verir ki, çıxış edən Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Polad Qarayev ağ ölümün səbəb olduğu dəhşətli nəticələrdən, ölkəmizdə bu ağır bəlaya qarşı aparılan mübarizə tədbirlərindən danışıb, narkomaniyanın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərə diqqətin daha da artırılmasının vacibliyini vurğulayıb. Qeyd olunub ki, Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli tədbirlər görməklə yanaşı, həm də gənclər və yeniyetmələrlə vaxtaşırı maarifləndirici görüşlər keçirir.

    PAYLAŞ:

    Oxşar xəbərlər