Millət vəkili şəhid Ərtoğrul Nadirlinin ailəsi ilə görüşdü - FOTO

Millət vəkili şəhid Ərtoğrul Nadirlinin ailəsi ilə görüşdü - FOTO
  • Sosial

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi, leytenant Ərtoğrul Nadirlinin atası Hümbət Nadirli ilə görüşüb.

    Asiya.az
    xəbər verir ki, Millət vəkili şəhid atasını tarixi zəfər münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb. Ərtoğrul Nadirli (31.03.1997; Sədərək— 02.10.2020; Kəlbəcər) Azərbaycan Prezidentinin Sərəncamları ilə "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.
    Q.Paşayeva canını Vətən uğrunda fəda etmiş
    zabitin atasının, ailə üzvlərinin fədakarlığını, dəyanət və mətanətini xüsusi vurğulayıb:

    "Oğlunuzun nəşi, şəhidliyindən 52 gün sonra Sədərək Şəhidlər Xiyabanında dəfn edilib.
    Siz 52 gün yol gözləmisiz; sizin “təki balam gəlsin, qurban kəsəcəyəm” sözünüz və Ərtoğrulun cənazəsi gələn gün, tabutun önündə qurban kəsməyiniz bütün respublikada, dünya azərbaycanlıları arasında geniş təsir oyatdı. Oğlunuz tarixi zəfərin qazanılmasında öz rolunu oynadığı kimi, siz də öz ata dəyanətinizlə örnək oldunuz.
    Biz Sizə çox minnətdarıq. Övladınızın ruhu qarşısında baş əyirik!
    Ruhu şad olsun"!

    Görüşdə "Xalça dünyası" MMC-nin direktoru Əhməd Hüseynov, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB sədri Arzu Bağırova iştirak edib.
    Millət vəkili şəhid Ərtoğrul Nadirlinin ailəsi ilə görüşdü - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər