Novruz tətilindən sonra dərslər dayandırılır? - RƏSMİ AÇIQLAMA

Novruz tətilindən sonra dərslər dayandırılır? - RƏSMİ AÇIQLAMA
  • Sosial

  • "Cəmiyyətdə gəzən söz-söhbətin heç bir əsası yoxdur."

    Mart ayında dərslər yenidən dayandırılacaq.

    Asiya.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə və “Whatsapp” qruplarında məlumatlar yayılır. Söz-söhbət gəzir ki, mart ayının sonunda, Novruz bayramı tətilindən sonra şagirdlərin məktəbə getməsi dayandırılaraq distant təhsilə keçiləcək.

    “Cəmiyyətdə gəzən söz-söhbətin heç bir əsası yoxdur. Sosial şəbəkələrdə səhv informasiya yayırlar. Ümumiyyətlə, dərslərin dayandırılması ilə bağlı məsələ birbaşa Nazirlər Kabinetinin verdiyi qərarla tənzimlənir.

    Hazırda mətkəblərdə dərslərin dayandırılmasına əsas verəcək heç bir narahatlıq və təhlükə yoxdur”, - deyə Cəsarət Valehov bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər