Deputat müəlliflik hüquqlarına dair dinləmə keçirilməsini təklif edib

Deputat müəlliflik hüquqlarına dair dinləmə keçirilməsini təklif edib
  • Sosial

  • “Bizə bir sıra mədəniyyət adamlarının, ziyalıların müraciətləri olur. Həmin müraciətlərdə müəllif hüquqlarının daha yaxşı qorunması mexanizmlərinin güclənməsi sahəsində təkliflər var. Bunların bəzisi qanunun icrasında yaranmış problemlərlə bağlıdır”.

    Asiya.az
    -ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva deyib.

    Deputat bildirib ki, bununla bağlı təkliflər hazırlayır: “Sizin də razılığınız olarsa, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunla bağlı təklifləri nəzərə almaqla, aidiyyəti orqanların da iştirakı ilə dinləmə keçirilsə, yaxşı olar”.
    PAYLAŞ:

    Oxşar xəbərlər