Asiya.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
T.Kərimli qeyd edib ki, bu cür hallarla mübarizə aparmaq lazımdır:
"Gələcəyimizi məhv etmək olmaz. Cənubi Koreya ateist dövlətdir. Orada mini yubka, açıq-saçıq geyinən qadınlar 45 dollar cərimə edilirlər. Bu metodun Azərbaycanda tətbiq edilməsini təklif etsəm, qəbul etməyəcəksiniz. Bəs biz necə müsəlman ölkəsiyik? Ərəblərin hərəkətləri yadımızdan çıxmır. Formula-1 yarışı zamanı hotelin eyvanından baxan kişinin alt paltarı çiynindən aşırılmışdı. Bizim milli dəyərlərimiz var. Koreya müsəlman dövləti deyil, amma milli dəyərlərini qoruyur. Nə üçün biz müsəlman olduğumuz halda milli dəyərlərimizi qorumuruq? Bəzən deyirlər, filan məsələ qalıb kənarda, başqa məsələdən danışırsınız... Biz hər məsələdən danışırıq, danışacağıq. Azərbaycan millətinin taleyinə nə ziyandırsa, qarşısını almağa çalışacağıq. Geri çəkilməyəcəyik”.