Millət vəkili Tovuzun sərhədyanı və dağ kəndlərindən olan şəhid ailələri ilə görüşüb - FOTOLAR

Millət vəkili Tovuzun sərhədyanı və dağ kəndlərindən olan şəhid ailələri ilə görüşüb - FOTOLAR
  • Sosial

  • Milli Məclisin üzvü, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Ramazan bayramı günlərində Tovuz rayonunun sərhədyanı və dağ kəndlərindən olan Vətən Müharibəsinin şəhidlərinin ailələri ilə görüşüb.

    Asiya.az
    xəbər veri ki, görüşdə
    Çeşməli kənd sakini –
    "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmiş şəhid baş gizir Oktay Ələddin oğlu Bədəlovun (27.10.1984, Tovuz – 27.10.2020, Qubadlı),

    Qaralar kənd sakini –
    şəhid Mustafa Dadaş oğlu Qasımovun (02.10.1995, Qaralar, Tovuz – 01.10.2020, Kəlbəcər),

    Çatax kənd sakinləri –
    "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", “Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmiş şəhid Eltac İsmayıl oğlu Əlizadənin (15.10.1996, Çataq, Tovuz – 27.10.2020, Füzuli),

    şəhid Rauf Qafar oğlu Məsimovun (22.07.1992, Çatax, Tovuz – 09.11.2020, Xocavənd) "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmiş,

    Cirdək kənd sakini –

    "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmiş şəhid Tural İsmayıl oğlu Sarıyevin (10.05.1993, Cirdək, Tovuz – 18.10.2020, Qubadlı),

    Pələkli kənd sakinləri –
    "Vətən uğrunda" medalı ilə təltif edilmiş şəhid Həsən Cəlil oğlu Ayvazovun (21.08.2000, Pələkli, Tovuz–22.10.2020, Tərtər),
    "Vətən uğrunda" medalı ilə təltif edilmiş şəhid Aqil Faiq oğlu Əliyevin (10.01.1999 Pələkli, Tovuz – 15.10.2020, Tərtər),

    Əlibəyli kənd sakinləri –
    "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmiş şəhid kiçik çavuş Anar Hüseyn oğlu Hüseynov (08.10.1982, Əlibəyli, Tovuz – 28.09.2020, Füzuli),
    "Vətən uğrunda" medalı ilə təltif edilmiş şəhid Sərxan Habil oğlu Həsənov (08.03.1999, Əlibəyli, Tovuz – 27.09.2020, Füzuli),

    Koxa Nəbi kənd sakini –
    "Vətən uğrunda" medalı ilə təltif edilmiş şəhid Muraz Məzahir oğlu Ələkbərovun (23.03.1995, Koxa Nəbi, Tovuz – 03.10.2020, Cəbrayıl) ailə üzvləri iştirak edib.
    Şəhid ailəsi üzvlərini dinləyən Q.Paşayeva, fədakar Vətən oğullarının həyat və döyüş yolu ilə yaxından maraqlanıb, ailələrin qayğılarını öyrənib, öz ürək sözlərini bölüşüb, onları Ramazan bayramı münasibəti ilə təbrik edib:

    “Əziz şəhid ailələri,
    Siz Vətən uğrunda şəhid olmuş Vətən oğullarının doğmaları, ailə üzvlərisiz.
    Canını Vətən uğrunda qurban vermiş əziz şəhidlərimizlə hər zaman qürur duyacağıq.
    Şəhidlərimizin əziz ruhu qarşısında ehtiramla baş əyirik!
    Sizlərə - şəhidlərimizin ailə üzvlərinə minnətdarıq!
    Vətən Müharibəsindəki tarixi zəfərimizin sevinc və qürurunu daha çox Siz şəhid ailəsi üzvləri haqq edirsiz.
    Müqəddəs Ramazan bayramınız mübarək olsun”!

    Komitə sədrinin şəhid ailələri ilə görüşündə Tovuz rayon İcra hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Təranə Bayramova, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva iştirak edib. Şəhid ailələrinə Komitə və “Nəfəs” İB adından yazılmış məktublar, eləcə də Qarabağ motivli xatirə hədiyyələri təqdim edilib.
    Millət vəkili Tovuzun sərhədyanı və dağ kəndlərindən olan şəhid ailələri ilə görüşüb - FOTOLAR
    Millət vəkili Tovuzun sərhədyanı və dağ kəndlərindən olan şəhid ailələri ilə görüşüb - FOTOLAR
    Millət vəkili Tovuzun sərhədyanı və dağ kəndlərindən olan şəhid ailələri ilə görüşüb - FOTOLAR
    Millət vəkili Tovuzun sərhədyanı və dağ kəndlərindən olan şəhid ailələri ilə görüşüb - FOTOLAR
    Millət vəkili Tovuzun sərhədyanı və dağ kəndlərindən olan şəhid ailələri ilə görüşüb - FOTOLAR
    Millət vəkili Tovuzun sərhədyanı və dağ kəndlərindən olan şəhid ailələri ilə görüşüb - FOTOLAR
    Millət vəkili Tovuzun sərhədyanı və dağ kəndlərindən olan şəhid ailələri ilə görüşüb - FOTOLAR
    Millət vəkili Tovuzun sərhədyanı və dağ kəndlərindən olan şəhid ailələri ilə görüşüb - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər