Qənirə Paşayeva bir sıra qurumları vətəndaşların müraciətlərinə daha həssas yanaşmağa çağırdı - VİDEO

Qənirə Paşayeva bir sıra qurumları vətəndaşların müraciətlərinə daha həssas yanaşmağa çağırdı - VİDEO
  • Sosial / Manşet

  • Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Məclisin 25 iyun tarixli iclasında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.

    Asiya.az
    xəbər verir ki, millət vəkili Qənirə Paşayeva parlamentdə təmsil etdiyi Tovuz rayonunun bir sıra kəndlərində hələ də qazlaşma ilə bağlı problemlərin qaldığını bildirərək müvafiq qurumlara çağırış edib. Tovuz rayonunun bir sıra kəndlərində ciddi su probleminin olduğunu deyən millət vəkili Q.Paşayeva İbrahimhacılı kəndi də daxil olmaqla bəzi kəndlərin çox ağır su problemindən əziyyət çəkdiyini vurğulayaraq bu sahə ilə bağlı qurumlara çağırış edin. Millət vəkili bəzi qurumların bu məsələlərlə bağlı yanaşmalarını tənqid edərək vətəndaşların bu istiqamətdə müraciətlərinə daha həssaslıqla yanaşılmasına çağırıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər