Asiya.az xəbər verir ki, həmin görüntülər Lalə Azərtaşın aparıcılığını etdiyi "Birinci Studiya” proqramında nümayiş olunub.
Aparıcı Xalq artistinin sağlamlığı ilə bağlı problemlər yaşasa da, Şuşaya getdiyini bildirib:
"Arzu edirəm ki, bütün insanların, el-obamızın arzuları həyata keçsin. Sağ olsun, bizim Ali Baş Komandanımız, əsgərlərimiz, qazilərimiz, şəhidlərimiz, ruhları şad olsun. Bu günü bizə göstərdilər. Allaha çox şükür. Çox şükür ki, arzum yerinə yetdi”, - deyə Rasim Balayev qeyd edib.
Qeyd edək ki, Rasim Balayev sonuncu dəfə 1986-cı ildə Şuşada olub. Bir müddət əvvəl isə sosial şəbəkələrdə sənətkarın ailəsi 35 il əvvəl İsa bulağında çəkilən fotosu yayılıb.